23 Sentyabr 2024
Ölkə futbolu

Miodraq Bojoviç: “O, mənim həmkarımdır, fikirlərinə şərh verməyəcəm”

Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində keçirilən “Neftçi” – “Zirə” oyunundan sonra (1:0) meydan sahibi komandanın baş məşqçisi Miodraq Bojoviç jurnalistlərin suallarını cavablandırıb:

İdmanxeber.az məlumat verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Oyun çətin keçdi. “Zirə” komanda şəklində oynayır. Bilirdik ki, “Zirə” az qol buraxır. Rza bir neçə epiozdda inamlı oynadı və bizi qollardan xilas etdi.

– İlk müsahibənizdə komandanın yaxşı nəticə göstərməsi üçün 6 həftənin lazım olduğunu bildirmişdiniz. Amma hələ də problemlər qalır. Ümumən, problemlərin həlli üçün nə qədər vaxt lazımdır?
– 28 gündə 7 oyun keçirmişik. Deyə bilərik ki, 4 gündən bir matçımz olub. Komandaya məşqçi təyin olunanda zədəli oyunçular var idi. Konte, Moreno fasilənin bitməsinə 2 gün qalmış komandaya qoşuldu. Qara və Ozobiç çoxdandır oynamırdılar. Tam toparlanmaq üçün vaxt lazımdır.

– Əvəzedici heyət yaxşı çıxış edir. Oradakı oyunçulardan kimisə komandaya dəvət etməyi düşünürsünüz?
– Oyunçularımız çoxdur. Bəziləri bərpa prosesindədir. Keyfiyyətli oyunçularla işləməliyik. Futbolçuya ehtiyacımız olduğu halda dəvət edəcəyik.

– Sizin üçün əsas üç xaldır, ya yaxşı oyun? Aydındır ki, bunların ikisini birlikdə göstərmək çətindir…
– Açığı, “Araz-Naxçıvan” məğlubiyyətindən sonra 3 xal önəmlidir. Bu, komandanın özünə inamını qaytarmasında kömək edəcək.

– Rəqibin vurduğu qolda qayda pozuntusu ilə bağlı fikiriniz nədir? Rəşad Sadıqov həmin epizodda qayda pozuntusunun olmadığını dedi.
– O, mənim həmkarımdır, fikirlərinə şərh verməyəcəm.

– Bu gün “Zirə” oyun planında sizdən üstün idi. Rəqib hesabı erkən açsaydı, sizin üçün nə qədər asan olardı?
– Nəsə demək çətindir. Elə hallar olur ki, son anda belə oyunun taleyin həll etmək olardı. Bəxt amili kimin tərəfinda olacaqdı, o da uğur qazanacaqdı.

“Qarabağ”ın “Braqa” üzərində qələbəsini necə qiymətləndirirsiniz?
– “Qarabağ” Azərbaycan futbolunun nümayəndəsidir. Avropadakı qələbə Azərbaycan futbolunun səviyyəsini qaldırır. Burada işlədiyim müddətdə Avropada çıxış edən Azərbaycan klubunu dəstəkləyəcəm. Amma öz aramızda olan oyunda təbii ki, “Neftçi”nin qələbəsini istəyirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43