22 Oktyabr 2024
Dünya futbolu

“Boka Xuniors” sabiq “Real”lıya tapşırıldı

Argentinanın “Boka Xuniors” komandanın yeni baş məşqçisini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, bu posta Fernando Qaqonun təyin olunduğunu açıqlayıb. Argentina klubunun açıqlamasında “Evinə xoş gəlmisiniz, Fernando” deyə, bildirilib.

Qaqo komandada 2005-2007, daha sonra isə 2013-2019-cu illərdə çıxış edib. Argentinalı futbolçu “Real”, “Roma”, “Valensiya” və “Veles Sarsfild”də də çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43