İdman

Boksçumuz Avropa çempionatında bürünc medal qazandı

İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib.

41 ölkənin qatıldığı yarışın altıncı günündə Azərbaycan millisinin 1 idmançısı final uğrunda mübarizə aparıb.

Ardıcıl olaraq Uça Jorjolianiyə (Gürcüstan), Maqomed Şamsayevə (Rusiya) və David Gevorqyana (Almaniya) qalib gələn Ruslan Rüstəmov yarımfinalda israilli Ahmad Ştivi ilə üz-üzə gəlib. 64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz bu dəfə uğurlu seriyanı davam etdirə bilməyib və finala rəqib yüksəlib. Nəticədə Rüstəmov Avropa çempionatını bürünc medalla başa vurub.

Yarışda final görüşləri iyunun 24-də olacaq. 320 min mükafat fondu olan çempionatın qalibi 8 min, gümüş medalçısı 4 min, 3-cü yerin sahiblərinin hərəsi 2 min dollar qazanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43