“Ağdaş” Azərbaycan Kubokunun I turunda “Lerik”i məğlub edərək “Kəpəz”ə rəqib olub.
İdmanxeber.az-a verilən məlumata görə, ölkə kubokunun II tur görüşü Aran təmsilçisinin meydanında keçirilməli olsa da, oyun Ağdaşda baş tutmayacaq. Buna səbəb Ağdaş şəhər stadionunun PFL-in tələblərinə uyğun gəlməməsidir.
Qarşılaşma böyük ehtimalla “Kəpəz”in ev matçlarını keçirdiyi Tovuz şəhər stadionunda oynanılacaq.