15 Avqust 2022
Kateqoriyasız

Bölgə klubları Premyer Liqaya yenə buraxılmadı – yenə 8 komanda

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

İdmanxeber.az-ın xəbərinə görə, iclasla bağlı AFFA-nın saytının yaydığı açıqlamada bildirilib ki, 2021-2022-ci il mövsümündə UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

Qərara əsasən, UEFA-nın klub yarışlarında iştirak etmək üçün “Qarabağ” FK, “Neftçi” PFK, “Sumqayıt” FK, “Zirə” PFK, “Keşlə” FK, “Sabah” FK-ya, Premyer Liqada iştirak etmək üçün isə “Qəbələ” İK və “Səbail PFK-ya lisenziya verilib.

Premyer Liqa yarışlarında iştirak etmək üçün “Kəpəz” PFK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK və “Zaqatala” FK-ya lisenziya verilməyib.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

“UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların 13-cü maddəsinə müvafiq olaraq, 2021-2022-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Biz demirik ki, bunu edəcəksiniz” – Əmrah Çelikel

admin

“Keşlə”nin futbolçusunun bacısı intihar edib

admin

“Oradakıların hamısına peşəkar demək olmaz” – Ramin Musayev

admin