Azərbaycan I Liqa təmsilçisi “Karvan” Peter Kinqsi buraxmayıb.
İdmanxeber.az-a verilən məlumata görə, nigeriyalı futbolçunu sözügedən liqanın digər klubu – “İmişli” heyətinə qatmaq istəyib. Ancaq tərəflər arasında danışıqlar müsbət yekunlaşmayıb.
Belə ki, Yexlax təmsilçisi Kinqsi I Liqa klublarına satmaq niyyətində deyil. Rəhbərlik 22 yaşlı yarımmüdafiəçi üçün Premyer Liqadan gələn təklifləri dəyərləndirəcək.
Hazırda isə nigeriyalı futbolçuya PL-də çıxış edən heç bir klubdan rəsmi təklifin olmadığı bildirilir.