Ölkə futbolu

Bölgə klubunun nigeriyalısından nə xəbər?

“Kəpəz”lə oyunda zədələnərək meydanı tərk edən “Qəbələ”nin futbolçusu Ahmed Ayzayanın durumuna bu gün aydınlıq gələ bilər.

İdmanxeber.az-ın məlumatına görə, nigeriyalı yarımmüdafiəçi bu gün MRT müayinəsindən keçəcək. Təcrübəli futbolçunun köhnə zədəsini yenilədiyi ehtimal olunur.

Qeyd edək ki, rəqiblə ikili mübarizə zamanı zədələnən Ayzaya oyunun 23-cü dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43