28 Noyabr 2024
Ölkə futbolu

Bölgə klubları cərimələndi, Bakı təmsilçisinə texniki məğlubiyyət verildi

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, iclasda Azərbaycan II Liqasının II turunda baş verənlərə hüquqi qiymət verilib.

10.09.2023-cü il tarixində II Liqanın II turunun “Şəfa” – “Sheki City” oyununda “Şəfa” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Şəfa” klubu 70 manat cərimə edilir (maddə 37);

10.09.2023-cü il tarixində II Liqanın II turunun “Şəfa” – “Sheki City” oyununda “Sheki City” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sheki City” klubu 70 manat cərimə edilir (maddə 37);

10.09.2023-cü il tarixində II Liqanın II turunun “Şəfa” – “Sheki City” oyununda “Şəfa” klubunun 4 nömrəli futbolçusu Mehman İbadov azarkeşlərə qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanır, “Şəfa” klubu 350 manat cərimə edilir (maddə 43.5);

10.09.2023-cü il tarixində II Liqanın II turunun “Ağdaş” – “Baku Sportinq” oyununda “Ağdaş” klubunun 17 nömrəli futbolçusu Ramal Əhmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Ağdaş” klubu 50 manat cərimə edilir (maddə 36.5);

10.09.2023-cü il tarixində II Liqanın II turunun “Ağdaş” – “Baku Sportinq” oyununun 58-ci dəqiqəsində “Baku Sportinq” klubunun heyətində adı oyunun rəsmi protokolunda olmayan 10 nömrəli futbolçu Elgün Abbaslı meydançaya daxil olduğuna görə “Baku Sportinq” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “Baku Sportinq” klubu 400 manat cərimə edilir (maddə 61.6).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43