Mövsümü çempionluq iddiası ilə başlayan “İmişli” dövrənin ardından liderlik mövqeyindən uzaq düşüb. Bölgə təmsilçisi hazırda lider “Qəbələ”nin 8 xal gerisində – 3-cü pillədə qərarlaşıb.
Bu nəticələrin ardından mətbuatda davamlı olaraq “İmişli”nin baş məşqçisi Fərid Namazovun istefaya göndəriləcəyi iddia edilir. Məsələyə aydınlıq gətirmək üçün klubun idarə heyətinin sədri Aqşin Mürsəlovla əlaqə saxladıq.
O, İdmanxeber.az saytına məsələ ilə bağlı bunları dedi:
“Bu barədə hələlik nəsə demək tezdir. Bilirsiniz ki, klubun prezidenti var. O, bizə belə bir məlumat verməyib. Ancaq hədəfimizdən geri düşürük. Klub rəhbəri qarşımıza çemponluq hədəfi qoyub. Bu gün liderdən xeyli geridə qalmışıq. Yəqin ki, bu baxımından nələrsə düşünüləcək. Ancaq bu gün məşqçinin göndərilməsi ilə bağlı heç nə yoxdur. Gözləmə mövqeyindəyik”.
Həsən Quluzadə