“Kəpəz” yay transfer pəncərəsində heyətinə qatdığı daha bir futbolçu ilə yolları ayırmağı düşünür.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Redon Mihanadan gedir. Albaniyalı futbolçu ilə daha əvvələn aparılan danışıqlar müsbət nəticələnməmiş və nəticədə ondan gözlənənləri verməyən yarımmüdafiəçi əvəzedici komandaya göndərilmişdi. Buradakı performansı da məşqçilər heyətini qane etmədiyindən onunla bağlı yekun qərar verilib.
Gəncə klubu yanvarda Mihanadan canını qurtarmağa çalışacaq. Tərəflər arasında ilkin danışıqlar müsbət yekunlaşıb. Son anda hər hansı bir dəyişiklik olmayacağı təqdirdə yarımmüdafiəçi özünə yeni iş yeri tapmalı olacaq.