“Kəpəz” klubu yeni transferlərini bu gün açıqlayacaq.
İdmanxeber.az-a verilən məlumata görə, söhbət portuqaliyalı qapıçı İqor Rodriges və malili hücumçu Adama Nianedən gedir. “Sarı-göylər” hər iki oyunçu ilə müqavilə imzalayıb.
Rəsmi açıqlama gün ərzində ediləcək. Gəncə təmsilçisi bir müddətdir futbolçularla razılığa gəlsə də, lazımi sənədlərin qaydasında olmaması səbəbindən oyunçuların keçidi açıqlanmamışdı.
Artıq bu problemin həll edildiyi bildirilir.