Azərbaycan I Liqa klubu “Karvan” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi baxışa iki əcnəbi futbolçusu dəvət edib. Bunlardan biri italiyalı Antonio Kastro digəri isə iranlı Arif Məhəmməddalipurdu.
Hər iki oyunçunun da mövqeyi müdafiəçidir. Məşqçilər heyəti artıq italiyalı barədə qərarını verib. Futbolçunun performansı baş məşqçi Kənan Kərimovu razı salmadığı üçün o, geri göndərilib.
İranlı müdafiəçi isə hələlik komanda ilə məşqləri davam etdirir. Onun barəsində yaxın vaxtda yekun qərar veriləcək.