“Kəpəz” futbolçusu Viktor Braqa ilə yolları ayırıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, braziliyalı futbolçunun çıxışı məşqçilər heyətini razı salmayıb. Bu səbəbdən də Braqa komandadan göndərilib.
Onunla müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
23 yaşlı futbolçu ilə yayda “1+1” illik müqavilə bağlanmışdı.