“Kəpəz” qapıçısı Vladislav Vasilyuçeklə yolları ayırmaq ərəfəsindədi.
İdmanxeber.az-ın məlumatına görə, bölgə təmsilçisi belaruslu qolkiperi razı salmağa çalışır. Klub rəhbərliyi “Neftçi” ilə matçdan sonra Vasilyuçeklə anlaşacağına ümid edir. Danışıqların ilkin mərhələsi uğurla nəticələnib və qapıçı komandadan az miqdarda təzminat tələb edərək ayrılmağa razı olub.
Qeyd edək ki, Vasilyuçek yayda “Kəpəz”ə qoşulub və mövsümün sonuna kimi komanda ilə müqaviləsi var.