25 Noyabr 2024
Ölkə futbolu Premyer Liqa

Bölgə klubu onu razı sala bilmir – Legioner futbolçu “qiymət oxuyur”

“Kəpəz”in məşqçilər korpusu yayda heyətə cəlb olunan Redon Mihananın çıxışından qəti sürətdə narazıdı.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubunun baş məşqçisi Azər Bağırov albaniyalı futbolçunu əvəzedici heyətə göndərib. Burada cəmi bir hissə oynamaq şansı əldə edən əcnəbi futbolçunun “sarı-göylər”in əsas heyətində möhkəmlənə bilməməsi onun komandadan göndəriləcəyi ilə nəticələnəcək.

Klub rəhbərliyi Mihana ilə olan mövcud müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etməyə çalışır. Lakin tərəflər təzminat məsələsində ortaq məxrəcə gələ bilmir. “Kəpəz” futbolçuya 2 aylıq maaşını ödəməklə müqaviləni ləğv etmək istəyir.  Yarımmüdafiəçi isə bu durumdan maksimum yararlanmaq istəyir və qarşı tərəfə “qiymət oxuyur”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43