Ötən mövsüm Premyer Liqada mübarizə aparan “Şamaxı” klubu futbolçuların maaşlarını ödəmir.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi komadadan ayrılan 10-a yaxın oyunçunun əmək haqqısını hələ də ödəməyib. Maaşlarla yanaşı, ötən mövsümdən qalan iki qələbə mükafatının da verilmədiyi bildirilir.
Rəhbərlik “Şamaxı”nı tərk etməyən oyunçulara bütün ödənişləri etsə də, ayrılan futbolçuların pullarını yubadır.
Məsələ ilə bağlı oyunçular klub rəhbərliyinə və AFFA-ya narazılıqlarını bildirsələr də, problem hələ də qalmaqdadır. Əgər qısa vaxtda maaşlar ödənilməsə, futbolçular ilk öncə rəsmi olaraq federasiyaya, daha sonra isə FİFA-ya şikayət edəcəklərini bildirir.