Transfer çalışmalarını davam etdirən “Zaqatala” heyətini gənc qapıçı Həsən Həsənli ilə gücləndirib.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qəbələ akademiyasının yetirməsi olan 22 yaşlı qolkiper U-17 və U-19 milli komandaların heyətində çıxış edib. Həsənli son mövsümü “Cəbrayıl”da keçirib.