“Kəpəz”in gürcüstanlı futbolçu Rati Ardazişvili ilə anlaşdığını xəbər vermişdik.
İdmanxeber.az-a verilən məlumata görə, oyunçu artıq klubun düşərgəsindədi. Rati komanda ilə məşqlərə qoşulub.
Xatırladaq ki, yarımmüafiəçiylə mövsüm sonuna qədər müqavilə bağlanıb. 26 yaşlı oyunçu son olaraq ölkəsinin “Samtredia” klubunda çıxış edib.
Ardazişvili Gürcüstanın U-17, U-19 və U-21 millilərinin üzvü olub.