Azərbaycan I Liqa klubu “Karvan” yeni transferini hələ də açıqlamayıb.
İdmanxeber.az-a verilən məlumata görə, iranlı oyunçu Peyman Keşevazi ilə müqavilə bağlayan bölgə klubu onu mövsümün ilk matçına yetişdirmək istəyir. Tərəflər arasında bütün məsələlər həllini tapsa da, İran Futbol Federasiyasından gəlməli olan təsdiq mesajı gözlənilir.
Saytımıza verilən məlumata görə, bu problem yaxın vaxtda həllini tapacaq. Keşevazinin sentyabrın 11-də, “Qaradağ Lökbatan” görüşündə meydanda olması gözlənilir.