Azərbaycan I Liqasında sonuncu turun oyunları keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, turun vacib qarşılaşmasında “Şamaxı” doğma meydanda “Araz Saatlı”nı qəbul edir. Görüşün 81-ci dəqiqəsində qonaqların futbolçusu Lamin Çam qırmızı vərəqə alıb.
Oyunçunun meydandan qovulması məşqçini özündən çıxarıb. O, meydanı tərk edən futbolçuya təpki göstərib.
Xatırladaq ki, görüş 2:1 hesabı ilə ev sahibinin xeyrinədir.