06 Oktyabr 2024
Ölkə futbolu

Bölgə klubunu paytaxt təmsilçisinə dəyişir

“Səbail” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “dənizçilər” Bahadur Həziyevlə razılığa gəlib. Ötən mövsüm “Şamaxı”da çıxış edən 24 yaşlı futbolçu karyerasını paytaxt təmsilçisində davam etdirəcək.

Transferin yaxın vaxtda açıqlanması gözlənilir. Yarımmüdafiəçi ötən mövsüm bölgə klubunda 36 oyun keçirib və 3 qol vurub. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43