Qətərin “Aspire” İdman Akademiyası Qəbələdə təlim-məşq toplanışındadır.
Avqustun 4-də başlayan hazırlıq prosesi ayın 23-dək davam edəcək. 230 nəfərdən ibarət nümayəndə heyətində 2006-2011-ci il təvəllüdlü futbolçular da yer alıb. Asiyalıların toplanışı yoxlama oyunları ilə yekunlaşacaq.
Sözügedən akademiya nümayəndələri Qəbələdə lüks otellərin birində qalır. İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, ərəblər bu təlim-məşq toplanışı üçün 1 milyon manat vəsait ayırıb. Akademiya “Qəbələ” klubuna məxsus stadionlardan da istifadə edəcəyi üçün bu məbləğdən “qırmızı-qaralar”a da pay düşəcək.
Belə ki, “Aspire” İdman Akademiyası klubun bazasından yararlandığı üçün “Qəbələ” 200-300 min manat qazanacaq.