16 Sentyabr 2024
Ölkə futbolu

Bölgə klubunun baş məşqçisi bəlli oldu

“Şamaxı” klubunda baş məşqçi Ramiz Məmmədovun köməkçiləri məlum olub.

İdmanxeber.az bölgə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Məqsəd Yaqubəliyev köməkçi məşqçi, Mehman Baxışov fiziki hazırlıq üzrə məşqçi, Elnar Kərimov isə qapıçı hazırlığı üzrə məşqçi təyin edilib.

Zamir Həsənov, Ceyhun Rzayev və qapıçı hazırlığı üzrə məşqçi Şahin Hüseynov I Liqa təmsilçisi ilə vidalaşmaq istədiklərini bildiriblər. Mütəxəssislərlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, daha əvvəl Vüqar Əsgərli baş məşqçi postundan istefa vermişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43