17 Sentyabr 2024
Ölkə futbolu

Bölgə klubunun baş məşqçisinin bu qərarı azarkeşləri özündən çıxardı, dava düşdü

Azərbaycan I Liqa klubu “Mingəçevir”də baş məşqçi Ədahim Niftəliyev ciddi təpkilər var.

İdmanxeber.az-a verilən məlumata görə, buna səbəb baş məşqçinin yerli oyunçular olan Elvin Əlizadə, Toğrul Məhəmmədbəyli, Nihad Xəlili və  Elçin Abdullayevin heyətdən uzaqlaşdırması olub.

Futbolçular və azarkeşlər çalışdırıcının bu qərarına kəskin narazılıq edib. Tərəflər arasında söz davası yaşanıb.

Oyunçular mövsümün başlamasına 2 gün qalmış komandadan göndərilməsi ilə barışmayıblar. Onlar iki aydır kollektivlə məşq etdiklərini və birdən-birə bu qərarın verilməsini normal qəbul etməyib.

Bu səbəbdən də Niftəliyevə kəskin etiraz ediblər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43