12 Dekabr 2024
Ölkə futbolu

Bölgə komandası Azərbaycan çempionatından çəkilə bilər

Azərbaycan II Liqasında çıxış edən “Ağdaş” komandası çempionatdan çəkilə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, buna səbəb son oyunlarda baş verən hakim qərarladı.

Rəhbərlik hakimlərin mütəmadi olaraq komandanın əleyhinə səhv qərarlar verilməsindən təngə gəlib. Bölgə təmsilçisi bununla bağlı AFFA-ya müraciət etməyə hazırlaşır.

Komandanın məşqçilər heyəti də bu durumdan ciddi narazıdı. Hər oyun hakim səhvi ilə üzləşmək onları da bezdirib.

Bu səbəbdən də “Ağdaş” II Liqadan imtina edə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43