Adil Nağıyevlə yolları ayıran “Şamaxı” yeni stoper axtarışına çıxıb.
Bölgə təmsilçisinin heyətində cəmi 5 müdafiəçi var ki, bunlardan da 3-ü cinah futbolçusudu. Məhz bu baxımdan “şirlər” qış fasiləsini səbrsizliklə gözləyir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, hazırda Bolqarıstanın “Arda” klubunda çıxış edən Cəlal Hüseynov “Şamaxı”nın diqqət mərkəzindədi. Ayxan Abbasov U-21 millimizdə də kapitan olmuş müdafiəçini sərəncamında görmək istəyir.
“Arda” ilə müqaviləsi davam edən futbolçunun icarə əsasında yanvarda “Şamaxı”ya qoşulacağı gözlənilir. Tərəflər arasında danışıqlar son mərhələdədi.
Onun yenidən Azərbaycana üz tutma səbəblərindən başlıcası daimi oynamaq şansı olan komandada çıxış etməkdi.