29 Sentyabr 2024
Ölkə futbolu Premyer Liqa

Bölgə təmsilçisindən “transfer bombası” – Razılıq əldə oldundu, qalır…

Yeni mövsümə də sponsorsuz başlayacağı gözlənilən “Kəpəz” əsas heyətin bəzi üzvlərini qorumaqla yanaşı, transfer çalışmalarını da davam etdirir.

İdmanxeber.az-a daxil olan məlumata görə, Gəncə təmsilçisinin heyətinə qatmaq istədiyi bir futbolçu bəlli olub. Söhbət Lassana Ndiayedən gedir. Son olaraq Bolqarıstan “Botev”ində çıxış etmiş, burada 8 oyunda 1 qol və 1 assistlə yadda qalan malili futbolçu ilə danışıqlar müsbət yekunlaşmaq üzrədi.  23 yaşlı mərkəz hücumçusu ilə ilkin razılıq əldə olunub. Son anda hər hansı bir cəlbedici təklif almayacağı təqdirdə, Ndiayeni “Kəpəz”də görə biləcəyik.

Qeyd edək ki, Lassana Ndiaye futbolçu karyerasına ölkəsinin “Quidars” klubunda başlayıb. Daha sonra o, Rusiyanın ÇSKA, “Veles”, İsveçin “Eskilstuna”, Bolqarıstanın “Arda” kimi klublarında çıxış edib.

Tunar


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43