21 Fevral 2025
Ölkə futbolu

Bölgədə tikintisi davam edən stadiondan ƏN SON GÖRÜNTÜLƏR

Gəncə şəhər stadionunun tikintisi sürətlə davam edir.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Arenanın avqust ayının sonuna kimi istifadəyə veriləcəyi bildirilir.

Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşası davam edən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir.

Xatırladaq ki, Gəncə şəhər stadionu 1959-1963-cü illərdə inşa edilib və 1964-cü ildə istismara verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43