23 Dekabr 2024
Kateqoriyasız

Bolqar futbolçu: “Azərbaycanla oyunda bütün gücümü ortaya qoyacam”

“Ardıcıl 3 oyunda uduzmağımız yaxşı hal deyil. Xorvatlara qarşı pis oynadıq. Rəqib üstünlüyü tamamilə ələ keçirmişdi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Bolqarıstan yığmasının futbolçusu Jivko Milanov ölkəsinin mətbuatına açıqlamasında deyib.

Milano “Avro-2016″nın seçmə mərhələsində sabah qarşılaşacaqları millimizlə oyuna da toxunub: 

“Komandamızda yaxşı futbolçularımız var. Lakin düşünürəm ki, bizdə özünəinam yoxdur. Komandaya güvənməlisən və meydana böyük inamla çıxmalısan. Qarşıda Azərbaycanla oyunumuz var. Ümid edirəm ki, seçmə mərhələnin son turunda Azərbaycana qalib gələcəyik. Mən özümə güvənirəm və həmin oyunda bütün gücümü ortaya qoyacam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43