Bolqarıstan Futbol Federasiyasının prezidenti Borislav Mixaylov yerli mətbuata açıqlamasında millimizin Bolqarıstanla keçirəcəyi oyun haqqında danışıb.
İdmanxeber.com-un məlumatına görə, Borislav Mixaylov “AÇ-2016”nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanın milli komandamızla keçirəcəkləri oyun öncəsi fikirlərini bildirib:
“Düzdür, ciddi rəqiblə qarşılaşacağıq. Səfərdə hər iki komandanın ifasında sərt oyun gözləyirik. Ancaq mən sakitəm. Əsas odur k, futbolçularımız əlinə düşən qol imkanlarından yararlansın. Komandamızın oyun stilini bəyənirəm. Səfərdə 10-12 minlik azarkeş tutumu olan stadionda oynayacağıq. Rəqibin çox həvəsli azarkeşləri var. Azərbaycan millisi asan rəqib deyil. Ancaq komandamızın yaxşı nəticə qazanacağına inanıram”.