Milli komanda

Bolqarıstan millisinin kapitanı: “Bakıya istirahət üçün getməyəcəyik”

Bolqarıstan yığmasının kapitanı İvelin Popov qarşıdan gələn millimizlə oyun haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli futbolçu Bakıya istirahət üçün gəlməyəcəklərini bildirib:

“Dünya səviyyəli komanda deyilik. FİFA-nın reytinqinə baxdıqda bizim 72-ci pillədə, Azərbaycan millisinin isə 73-cü yerdə qərarlaşdığını görürük. Bakıya istirahət üçün getməyəcəyik. Komanda yoldaşlarımdan kiminsə arxayınlaşacağına və ya rəqibi qiymətləndirməyəcəyinə inanmıram. Azərbaycan futboluna böyük investisiya qoyulur. Ötən seçmə mərhələdə İtaliya ilə oyunda hansı motivasiya ilə çıxış etmişiksə, Azərbaycana qarşı da həmin əhval-ruhiyyədə oynayacağıq”.

Qeyd edək ki, sentyabrın 9-da 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – Bolqarıstan oyunu saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43