Milli komanda

Bolqarıstanın baş məşqçisi: “Biz dünya səviyyəli komanda deyilik”

“Avro-2016″nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Bakıda millimizin qonağı olacaq Bolqarıstan yığmasının baş məşqçisi Lyuboslav Penev oyundan öncə mətbuat konfransı keçirib.

İdmanxeber.com-un məlumatına görə, Lyuboslav Penev konfransda bu fikirləri səsləndirib:

“Komandada atmosfer əladır. Biz dünya səviyyəli komanda deyilik. Ancaq inkişaf etmək üçün çox çalışmalıyıq. Qarşımızda hər zaman yüksək hədəflər olub. Seçmə mərhələdə ən azı pley-off mərhələsində oynamalıyıq. Ötən seçmə mərhələlərdə əldən buraxdığımızı bu dəfə qazanmaq istəyirik.

Azərbaycan millisi yaxşı komandadır. Onları düzgün qiymətləndirməliyik. Əks təqdirdə bu, bizə problem yaradacaq. Seçmə mərhələyə qələbə ilə başlasaq, bu, doğum günümə əla hədiyyə olar. Hər bir komanda seçmə mərhələyə 3 xalla başlamaq istəyir. Azərbaycan yığması haqda kifayət qədər məlumatımız var, onları yaxşı təhlil etmişik. Rəqibin sabah Rusiya ilə yoldaşlıq görüşü var. Həmin matçı izləyəcəyik. Digər rəqiblərimiz Xorvatiya və Norveç görüşünü də araşdıracağıq. Qrupdakı rəqiblərimizi daha yaxşı öyrənmək üçün çox çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan – Bolqarıstan oyunu sentyabrın 9-da, saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43