Milli komanda

Bolqarıstanın futbolçusu: “Rəqibimizin zəif tərəflərini təhlil etmişik”

Bolqarıstan yığmasının futbolçusu Georgi Milanov ölkəsinin mətbuatına millimizlə keçirəcəkləri oyun barədə danışıb.

İdmanxeber.com-un məlumatına görə, futbolçu bu fikirləri səsləndirib:

 “Azərbaycanla oyunda azarkeşlərimizi sevindirməyə çalışacağıq. Hər bir komandanın güclü və zəif tərəfləri var. Rəqibimizin zəif tərəflərini təhlil etmişik. Bizim öz oyun üslubumuz var. Komanda şəklində yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. Əlbbətdə, İvelin Popovun olmaması ciddi itkidir, ancaq biz istənilən futbolçunun yoxluğunda yaxşı oyun sərgilədiyimizi göstərmişik. Sabahkı oyunda da qələbəyə ümid edirik. Bunu bacara bilərik. Daha öncəki seçmə mərhələlərdə böyük səhvlərə yol verdik. Ümid edirəm ki, bu dəfə həmin səhvləri təkrarlamayacağıq. Çətin qrupa düşmüşük. Ancaq iddiamızı ortaya qoymaq üçün əlimizdən gələni edəcəyik. Hər şeyi meydanda hesab həll edir. Kimin güclü olduğunu görəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43