“Yuventus”un müdafiəçisi Leonardo Bonuççi karyerasını Almaniyada davam etdirməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu Berlin təmsilçisi “Union” klubu ilə razılığa gəlib. Müqavilə 2023-24 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Bonuççi 2018-ci ildən “Yuventus”da çıxış edir. O, daha əvvəl 2010-2017-ci illərdə də komandada forma geyinib.
Bu mövsüm “Union” Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.