Almaniyanın “Union” klubunun müdafiəçisi Leonardo Bonuççi yenidən İtaliya millisində çıxış etmək üçün A Seriyasına qayıtmağı planlaşdırır.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu yığmanın baş məşqçisi Luçano Spaletti ilə telefonla danışıb. Mütəxəssis İtaliyada daimi oyun praktikasına sahib olacağı təqdirdə onu komandaya çağırmağa hazır olduğunu bildirib.
Bonuççinin agenti “Roma” ilə əlaqə saxlayır və komandanın baş məşqçisi Joze Mourinyo artıq transferi təsdiqləyib.
Cari mövsümdə 36 yaşlı Bonuççi “Union”da 10 oyun keçirib və 1 qol vurub.