22 Oktyabr 2024
Dünya futbolu

Bonuççi məşqçiliyə başladı

İtaliya millisinin sabiq üzvü Leonardo Bonuççi məşqçiliyə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı keçmiş futbolçu U-20 milli komandasında çalışacaq. O, baş məşqçinin köməkçisi olacaq.

Avro-2020-nin qalibi olmuş müdafiəçi yığmada 121 matçda iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43