Leonardo Bonuççi bu yay “Yuventus”u tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu davamlı əsas heyətdə çıxış edə biləcəyi kluba getmək niyyətindədi. Təcrübəli müdafiəçi İtaliyanın AVRO-2024-ə vəsiqə qazanacağı təqdirdə, millidə olmaq istəyir.
36 yaşlı müdafiəçinin “Yuventus”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi hesablanıb. “Transfermarkt” 1,5 milyon avro dəyərində qiymətləndirilir.