Türkiyəli mütəxəssis Nuri Şahini “Borussiya”dan istefaya göndərilib.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik uğursuz nəticələr səbəbindən belə bir qərar verib. “Borussiya” Nuri Şahinin rəhbərliyi altında son məğlubiyyətini ötən gecə Çempionlar Liqasında “Bolonya” ilə görüşdə alıb – 1:2.
Qeyd edək ki, hazırda “Borussiya” Bundesliqanın turnir cədvəlində 25 xalla 10-cudur.