Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Dortmundda “Borussiya” ilə qarşılaşacaq “Qəbələ” ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, ötən gün yarımçıq dayandırılan “Kəpəz”lə matçda “qırmızı qaralar”ın əsas qapıçısı Dmitri Bezotosnı qarşılaşmanın əvvəllərində zədələnib. Qolkiperin son durumuna bu gün tibbi mayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, bu matç 29-cu dəqiqədə qatı duman səbəbi ilə yarımçıq dayandırılıb və qarşılaşma bu gün saat 20:00-da qaldığı yerdən davam edəcək.