15 Yanvar 2025
Kateqoriyasız

“Borussiya” – “Qəbələ” oyununda belçikalı hakim

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Borussiya” (Dortmund) – “Qəbələ” matçının baş hakimi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə,  “qırmızı-qaralar”ın səfər matçı belçikadan olan Sebastien Delferiere həvalə olunub.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək “Borussiya” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43