Dünya futbolu

“Borussiya” qol silahını 100 min avro cərimələdi

“Borussiya” klubu qabnlu futbolçusu Pyer-Emerik Obameyanqı cəzalandırıb.

İdmanxeber.com-un məlumatına görə, komanda hücumçunu 100 min avro cərimələyib. Buna  futbolçunun “Şalke” ilə oyunda qol sevinicini  “Nike” firmasının hazırladığı “hörümçək adam” maskası ilə qeyd etməsi səbəb olub. Məsələ ondadır ki, “Borussiya”nın texniki sponsoru “Puma”dır.

Qeyd edək ki, “Borussiya” klubu “Şalke” ilə oyundan bir gün sonra Obameyanqın cəzalanacağını açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43