Levandovskinin “Bavariya”ya keçməsindən sonra Dortmund “Borussiya”sı hücumçu axtarışlarını sürətləndirib.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, klub “Qalatasaray”ın əsas “qol silah”ı Burak Yılmaza “elçi düşüb”. Dortmund təmsilçisi Burakı Levandovskinin layiqli əvəzləyicisi kimi görür.
Qeyd edək ki, “Cim-Bom”lu futbolçu ilə “Borussiya” ilə yanaşı “Arsenal” və “Çelsi” klubları yaxından maraqlanır.