Almaniyanın “Borussiya” (Dortmund) klubu ciddi itki ilə üzləşib.
Belə ki, komandanın aparıcı üzvü Nuri Şahin “Bayer Leverkusen”lə oyunun 82-ci dəqiqəsində zədələnərək meydanı yarımçıq tərk edib.
Ayaq biləyində problem yaşayan futbolçu dərhal xəstəxanaya aparılıb. Onun son durumu həkimlərin müayinəsindən sonra bəlli olacaq.