Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 5-də “Qəbələ”ni qonaq edəcək “Borussiya” bu oyuna ciddi itkilərlə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, Dortmund klubunun baş məşqçisi Tomas Tuhel bu oyunda Erik Durm və türkiyəli yarımmüdafiəçi Nuri Şahinin xidmətindən yararlana bilməyəcək. Hər iki futbolçu zədəli olduğundan bu oyunu buraxmalı olacaq.
Qeyd edək ki, “Siqnal İduna Park”da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.