04 Fevral 2025
Dünya futbolu

“Borussiya”dan daha bir transfer

Almaniyanın “Borussiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, Dortmund təmsilçisi  “Norşellan”ın sol cinah müdafiəçisi Daniel Svenssonu heyətinə qatıb.

Bundesliqa təmsilçisi 22 yaşlı oyunçu icarə əsasında heyətinə qatıb. Lakin sonradan onu birdəfəlik transfer etmək hüququna malik olacaq.

Futbolçunun dəyəri 5.5 milyon avro kimi qiymətləndirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43