Dünyadan

“Borussiya”nın yeni baş məşqçisi müəyyənləşdi

Münhenqladbax “Borussiya”sının yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, komanda Diter Xekkinqə tapşırılıb. Onunla 3 illik müqavilə imzalanıb. Xekkinq “Borussiya”da uğursuz nəticələr səbəbindən istefaya göndərilən Andre Şüberti əvəzləyəcək.

Qeyd edək ki, 52 yaşlı almaniyalı mütəxəssis son olaraq “Volfsburq”u çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43