Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək “Böyük Dəbilqə” turnirində Azərbaycanı bir cüdoçu təmsil edəcək.
İdmanxeber.az-ın məlumatına görə, qadın cüdoçuların mübarizəsində 48 kq çəki dərəcəsində Leyla Əliyeva qüvvəsini sınayacaq.
24-26 iyundakı turnirə dünyanın 30 ölkəsindən 272 idmançı qatılacaq.