Premyer Liqa

“Böyük oyun”: “Fırtına” prinsipial matça necə hazırlaşır?

Premyer Liqanın IV turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" – "Neftçi" matçında birincilərin azarkeşləri ciddi yanaşır.
Prinspial matç öncəsi "Fırtına" fan klubunun hazırlıqı ilə sizi tanış edirik.

Fan-klubun rəhbəri Rəvan Bəşirovu dinləyək:

"Xəzər Lənkəran"ın bərbad nəticələri bütün fanatların beyninə, ürəyinə ciddi zərbələr vurub. Lakin ən pis nəticələri belə unutduran bir oyun varsa, o da "Neftçi" ilə oyundur. Hər kəs maksimum səviyyədə hazırlaşıb.Komandanın çıxışından küsənlər, inciyənlər, bezənlər – hər kəs oyunda olacaq. Heç kim sevinməsin ki, stadion əvvəlki kimi boş olacaq. 15.000 fanat Neftçini gözləyir. Kubokun acısı böyük oldu bütün rakurslardan. Qələbəmizlə başa çatan "Böyük oyun" görmək istəyirik. Fırtına qopacaq".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43