Premyer Liqa

“Böyük oyun”: Lənkəran şəhər Polis İdarəsinin rəis müavini saytımıza danışdı

Sabah keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçında təhlükəsizliyi daxili qoşunlardan əlavə bir qrup polis mühafizəçisi də qoruyacaq.

Bu barədə İdmanxeber.com saytına Lənkəran Şəhər Polis İdarəsinin rəis müavini Şaban Kərimov məlumat verib. Onun dediyinə görə, sabahkı oyunda  ümumi təhlükəsizliyi daxili qoşunlardan əlavə 200-ə yaxın polis işçisi də qoruyacaq. O, əgər problem yaranarsa, Lənkərana yaxın digər rayonlardan da yardim istəyəcəklərini sözlərinə əlavə etdi.

Qeyd edək ki, oyun sabah saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43