Kateqoriyasız

“Böyük oyun” öncəsi İLGİNC FAKT: Lənkəran polisi derbi öncəsi “yox” dedi (ÖZƏL)

Avqustun 25-də keçiriləcək "Xəzər Lənkəran" – "Neftçi" oyunu öncəsi maraqlı bir xəbər almışıq.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Lənkəran şəhər polisi "Böyük oyun"da təhlükəsizliyi təmin etməkdən imtina edib.

Buna məntiqi nəticəsi kimi "Neftçi" rəhbərliyi heç bir rəsmi fan klubunu Lənkərana aparmayacaq. Əvvəlcədən "Neftçi" tərəfi fan klub üçün ayrılan avtobusu belə ləğv ediblər. Ancaq paytaxt klubunun azad azarkeş qrupları özləri derbiyə gedəcəklər.
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43